“Azərbaycan Sənaye Korporasiyası” ASC “Chain Reaction 2024” tədbirində iştirak edib

10-12 sentyabr 2024-cü il tarixlərində Bakıda "Chain Reaction 2024" tədbiri keçirilib. Bir sıra ölkələrdən ekspert və qonaqların qatıldığı tədbirin əsas mövzuları “Veb 3.0”, innovativ texnologiyalar, blokçeyn, kriptovalyuta, süni intellekt, rəqəmsal aktivlər olub.  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı Teymur Hacıyev də sözügedən konfransda “Veb 3.0” mövzusunda moderator rolunda çıxış edərək, hazırda bu mövzu ətrafında baş verən yeniliklər haqqında müzakirələr aparmışdır. Tədbirin gedişatında çıxışlarla yanaşı, panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib.

Fotolent

Yeni xəbərlər