“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları beynəlxalq səviyyədə tanınan sertifikatlara layiq görülüb

      “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin baş mütəxəssisi Sübhan Mehdizadə və “Azərpambıq ASK” MMC-nin Biznesin İnkişafı şöbəsinin böyük mütəxəssisi Tural Mahmudlu investisiyalar üzrə dünyanın nüfuzlu sertifikasiyası hesab edilən "CFA" ("Chartered Financial Analyst") proqramının 1-ci səviyyəsindən uğurla keçiblər. Korporasiyanın əməkdaşları imtahanda dünya üzrə namizədlərin 90%-nin əldə etdiyi göstəricilərdən daha yüksək nəticə əldə ediblər.

      Hazırda 165 ölkədə 150.000-dən çox CFA statusuna sahib olan mütəxəssis vardır ki, qlobal miqyasda 31.000 investisiya institutu bunu seçim standartı kimi qəbul edir.

      "CFA" proqramı 3 səviyyədən ibarətdir  və  ABŞ-da yerləşən "CFA" İnstitutu tərəfindən investorlar,  maliyyə  mütəxəssislərinə  təklif  edilən maliyyə və investisiya proqramıdır. İnstitut  “Financial Reporting and Analysis, Ethical and Professional Standards, Corporate Finance, Quantitative Methods, Economics, Equity İnvestments, Fixed İncome, Portfolio Management, Alternative İnvestments və Derivatives"  kimi  mövzuların  tədrisini  əhatə  edir.  "CFA" İnstitutunun təmin etdiyi sertifikat təyinatı üzrə beynəlxalq səviyyədə tanınan beynəlxalq standartların tətbiqi, maliyyə modellərinin hazırlanması və hazırlanmış biznes planlarda standartlar  üzrə  təhlillərin aparılması baxımından istinad mənbəsi olaraq qəbul edilir.

Fotolent

Yeni xəbərlər