“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Teknofest”-in qalibi “Enthouse” ilə görüş keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən ölkədə fəaliyyət göstərən startap komandaları ilə sıx əməkdaşlıqlar qurularaq  dəstək  sahələri  üzrə  mentor  xidmətlərinin təşkili, Korporasiyanın nəzdində olan törəmə müəssisələrdə startaplar üçün tətbiq sahələrinin yaradılması, startapların inkişafı baxımından dəstək göstərilməsi istiqamətində işlər həyata keçirilir.

Qurulan əməkdaşlıqların davamı  olaraq 05 iyun 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları ilə  innovativ və bacarıqlı gənclərdən ibarət  “Enthouse”  komandası arasında görüş keçirilmişdir.

Azərbaycanda  keçirilən  “Teknofest”-in qalibi olan komandanın hazırda bir neçə startap layihəsi mövcuddur ki, bunlardan “Enthouse” və “Metatesk” layihələrini qeyd etmək olar.

Görüş zamanı komandanın nümayəndələri öz startapları haqqında ətraflı məlumat vermiş, Korporasiya ilə partnyorluq əlaqələri müzakirə olunmuşdur. Bundan əlavə yaxın gələcəkdə  “Enthouse”  komandasına “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən dəstək verilməsi və birgə işlərin görülməsi nəzərdə tutulmuşdur.

Fotolent

Yeni xəbərlər