“Azərbaycan Sənaye Korporasiyası” ASC və Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında görüş keçirilib

    17 noyabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC və Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəhbər heyəti arasında görüş keçirilmişdir. Görüşün əsas mövzusu “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə alman  şirkətləri   arasında əməkdaşlıq  əlaqələrinin gücləndirilməsi  və genişləndirilməsi olmuşdur.

     Görüşdə Korporasiyanın rəhbərliyi tərəfindən  Almaniyanın  “Achenbach Alpha”  şirkəti  ilə  birgə  həyata keçirilən  yeni  alüminium zavodunun tikintisi layihəsi üzrə aparılan işlər barədə ətraflı məlumat verilmişdir.  Bildirilmişdir ki, sözügedən  layihənin  icrası yönündə yeni müəssisə olan – “İnteral” MMC təsis edilmiş, avadanlıqlar üzrə ilkin layihələndirmə  işləri  bitmiş və aparılan tikinti işləri çərçivəsində isə layihələndirmə işlərinə  başlanılmışdır.      

     Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəhbər heyəti isə öz növbəsində bu layihənin  hər iki dövlət arasında  iqtisadi əlaqələrin inkişafında   əhəmiyyətindən  bəhs  edərək,  qeyd olunan işlərin həyata keçirilməsi  istiqamətində  Palatanın daima dəstək göstərməkdə maraqlı olduğunu ifadə etmişdir.

Fotolent

Yeni xəbərlər