“Azəripək” MMC respublika toxum sərgi-satış yarmarkasında iştirak edib

Şəki şəhərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə respublika toxum sərgi-satış yarmarkası keçirilib.

Yarmarkada Aqrar Xidmətlər Agentliyi (AXA), Dövlət Toxum Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), “Aqroservis” ASC, Aqrar Sığorta Fondu (ASF), Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Yarmarkada həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti  “Azəripək” MMC-nin  istehsalı olan ipək xalça və qadın baş örtüyü - kəlağayılar nümayiş olunub.

Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Fotolent

Yeni xəbərlər