Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı

11 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı nəticəsində “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksinin Elektroliz Vannaların və digər metallurji avadanlıqların təmiri sahəsində növbə rəisi vəzifəsində işləyən 1958-ci il təvəllüdlü Ələsgərov Ceyhun Camal oğlu, ailə üzvləri  (həyat yoldaşı Ələsgərova Təranə Paşa qızı və oğlu  Ələsgərov Ülvi Ceyhun oğlu)  ilə birgə vəfat etmişdir.

C.C. Ələsgərov 05.09.2016-cı il tarixindən “Azəralüminium” MMC-də çalışırdı.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi olaraq bu dəhşətli hadisədən kədərləndiyimizi bildirir və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.  

Allah rəhmət eləsin !

Yeni xəbərlər