“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

6 sentyabr 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovun sədrliyi ilə Korporasiyanın videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda Baş direktor Kamran Nəbizadənin və digər vəzifəli şəxslərin məruzələri dinlənilmiş, şirkətin başa çatan 2021-ci ilin yekunları üzrə kənar audit hesabatı təsdiq edilmiş, alüminium sənayesinin gələcək inkişaf perspektivləri, həmçinin Daşkəsən rayonu ərazisində yerləşən “Zəylik Alunit Mədəni”də alunit filizi ehtiyatlarının geoloji qiymətləndirilməsi və digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunmuşdur.

Fotolent

Yeni xəbərlər