“Azəripək” MMC “KOB Fest” sərgi-satış yarmarkasında iştirak edib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub. Şəki Xan Sarayının ərazisində keçirilən yarmarka çərçivəsində KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayişi və satışı həyata keçirilib.

Yarmarkada həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi  “Azəripək” MMC-nin  istehsalı olan ipək xalça və qadın baş örtüyü - kəlağayılar nümayiş olunub.

Qeyd edək ki, “KOB Fest” sərgi-satış yarmarkasının təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir. 

Fotolent

Yeni xəbərlər