“Azərbaycan Sənaye Korporasiyası” ASC “Ayın işçisi” adını təsis etdi.

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Korporasiya və onun nəzdində olan törəmə   müəssisələrin əməkdaşları üçün hər ayın yekunları üzrə “Ayın işçisi” adı təsis edilib. “Ayın işçisi” adı departamentlərin və müəssisələrin təqdimatı əsasında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  baş direktoru tərəfindən  verilir və bu təqdimatda namizədin əmək fəaliyyətinə dair sənədlər göstərilir.

2019-cu il aprel ayının yekunları üzrə “Ayın işçisi” adı “Elektron sənəd dövriyyəsi” sisteminin tətbiqi ilə əlaqədar gördüyü işə görə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Korporativ xidmətlər” departamentinin “Ümumi işlər” şöbəsinin  baş mütəxəssisi Samirə Tağıyevaya, əmək funksiyalarını keyfiyyətlə yerinə yetirdiyinə görə “ASK Xidmət” MMC-nin kommersiya məsələləri üzrə baş mütəxəssisi  Səlimə İskəndərovaya və ”Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Beyləqan istehsalı və emalı filialında traktorçu peşəsində çalışan Niyaməddin Səlimova, tütün istehsalında əmək funksiyalarını keyfiyyətlə yerinə yetirdiyinə görə “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin Zaqatala tütün emalı zavodunda  fəhlə peşəsində işləyən Fərdanə Barxalovaya və  ayaqqabı istehsalında əmək funksiyalarını keyfiyyətlə yerinə yetirdiyinə görə ”ASK Ayaqqabı Fabriki” MMC-nin  1 №-li  sexində fəhlə peşəsində çalışan Pərviz Əmirova verildi.

Bu münasibətlə “Ayın işçisi” adını alan əməkdaşlara Korporasiyanın baş direktoru Kamran Nəbizadə və digər rəsmi şəxslər tərəfindən sertifikatlar təqdim olundu. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmasını qeyd edən baş direktor bildirdi ki, Korporasiyanın əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirləri həyata keçirmək, regionlarda yeni iş yerləri yaratmaqla sosial inkişafı dəstəkləmək və əhalinin rifah problemlərini həll etməkdir. Baş direktor Kamran Nəbizadə onu da vurğuladı ki, qarşıda duran vəzifələrin həllində bir sıra nailiyyətlər əldə olunmasına baxmayaraq, problemlər hələ də mövcuddur və onların həlli hər bir əməkdaşın  qarşısında məqsəd olmalıdır. “Ayın işçisi” adının təsis olunmasının bu baxımdan vacib olduğunu qeyd edən baş direktor bildirdi ki, bu ad mənəvi anlam daşıması,  əməkdaşların əmək fəaliyyətində motivasiya mənbəyi olması ilə yanaşı, həm də onlarda məsuliyyət hissi yaradır və Korporasiyanın ümumi maraqları, gələcək inkişafı, qarşıya qoyulan hədəflərə birgə nail olunmasında mühüm əhəmiyyət  kəsb edir. 

Fotolent

Yeni xəbərlər