“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

     Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən  tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən  05 yanvar  2023-cü il tarixindən 31 yanvar 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.

     Abadlaşdırma işləri çərçivəsində L.Tolstoy küçəsi səmtində yaşıllıq sahələrinin suvarılması məqsədi ilə Ø20 PVC borulardan suvarma xəttləri çəkilərək 4 müxtəlif yerdə su kranları quraşdırılmışdır.

     Zərgərpalan küçəsi boyu layihə üzrə nəzərdə tutulan 34 m uzunluğunda dəmir-beton səddin relyefə uyğun surətdə bünövrə xəndəyi qazılaraq h=100 mm qırmadaş hazırlıq qatı verildikdən sonra 0.40x0.20(h) m ölçülərində bünövrə və 0.20x0.26÷0.36(h) m ölçülərində dəmir-beton səddin karkası Ø12 armaturdan toxunaraq B25 markalı beton ilə betonlanmışdır.

     L.Tolstoy küçəsi tərəfdən 2-ci və 3-cü blokların qarşısında yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün nəzərdə tutulan 52 metrlik drenaj xəttinin quraşdırılması işləri davam etdirilir. Bunun  üçün fasiləsiz axan yeraltı təzyiqli qrunt suları nasoslarla ərazidən kənarlaşdırılaraq, boruların qırmadaş ovuntularından alt zəmin qatı qurulmuşdur. Zəmin üzərində şahmat qaydası ilə  Ø18 mm ölçüsündə dəliklər açılmış, səthi sintetik torlarla örtülən 12 pm uzunluğunda Ø315 polimer boruların səviyyələri nivelir cihazı ilə müəyyənləşdirilərək maili quraşdırılmışdır. Bundan sonra boruların üzəri müvafiq olaraq aşağıdan yuxarıya doğru 15-20 mm, 5-10 mm və 1-2 mm ölçüsündə 3 müxtəlif dənəvərliyə malik, qatın  hər biri 20 sm hündürlüyündə, 100 sm enində çınqıl daşı ilə örtülmüşdür. Boruların hər iki yan səthi isə dənəvərliyi 15-20 mm arasında dəyişən 35 sm enində çınqıl daşı ilə örtülmüşdür.

      Eyni zamanda, L.Tolstoy küçəsi səmtində daha əvvəl quraşdırılmış drenaj quyularından birinə 6.60 pm uzunluğunda 40x40x5 mm polad künclükdən nərdivan quraşdırılmışdır.

     Məhəllədaxili avtomobil yolunun nasosxana üzərindən keçən hissəsində nasosxananın dəmir-beton örtük tavasının üzəri boyu izoliyasiya işləri davam etdirilir. Bu məqsədlə örtük tavasının üzərinə 25 mm qalınlığında düzləndirici sement-qum məhlulu çəkilmiş və üzəri bitum məhlulu ilə izoliyasiya olunmuşdur. Hal-hazırda isə ikiqat ruberoidlə izoliyasiyanın birinci qatı vurulmaqdadır.

     Su anbarları və nasosxananın dəmir-kompozit-beton istinad divarlarının üzəri 21 m uzunluğunda ağlay daşı ilə üzlənərək üzərlərində 8.10x0.30(h) m, 3.00x0.95(h) m və nasosxanaya giriş pilləkəni üzərində 6.50x0.95(h) m ölçülərində ümumilikdə 3 ədəd metal məhəccər quraşdırılmışdır.

     Elektrik işləri çərçivəsində mərkəzi elektrik şit otağında nəzarət panolarının quraşdırılması və mövcud elektrik kabellərinin panolara yerləşdirilməsi işləri görülməkdədir.    

     Binadaxili görülən işlərdən -3 səviyyəsində qaraj mərtəbəsinin xarici divarlarının mişar daşı ilə ikiqat hörülməsi, eyni zamanda sement-qum məhlulu ilə suvanması işləri yerinə yetirilir. Paralel olaraq divarların torpaqla təmasda olacaq çöl səthlərinin bitum məhlulu ilə izoliyasiyası işləri başlanılmışdır. -2 səviyyəsində isə divar və tavanların emulsiya ilə ikiqat boyanması davam etdirilir.

     Qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində fövqəladə hallar zamanı təxliyyə məqsədilə hər üç blokda qeyri-yaşayış sahələrindən lift holuna ümumilikdə 3 ədəd metal çıxış qapısı quraşdırılmışdır.  

Fotolent

Yeni xəbərlər