“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

30 noyabr 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və törəmə cəmiyyətlərin 2023-cü il üzrə Büdcə layihələri təsdiq edilmiş, həmçinin Korporasiyanın əsas fəaliyyət sahələrinin inkişaf perspektivləri və digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunmuşdur. Bundan əlavə Müşahidə Şurasının sədri Natiq Əmirov və digər Şura üzvləri Korporasiyanın qarşıdakı ildə fəaliyyəti üzrə öz müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Fotolent

Yeni xəbərlər