“Azərbaycan Sənaye Korporasiyası” ASC-də startap və innovasiya ekosisteminə dair görüş keçirilib

07 sentyabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC -nin Strateji inkişaf və kommersiya departamentinin nümayəndələri ilə  “UnitCity” mərkəzinin eks təsisçisi və direktoru Dominiq Piotet arasında görüş keçirilmişdir. Dominiq Piotet bir çox Avropa ölkələrində, o cümlədən ABŞ-ın “Silikon Vadisi”ndə texnoloji mərkəzlərin qurulmasında, idarə edilməsində iştirak edib və bu sahədə böyük təcrübəyə malikdir. Görüşün əsas məqsədini ölkədə startap və innovasiya ekosistemində mühüm rol oynayan qurumları tanımaq, Korporasiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı şəkildə məlumatlanmaq təşkil etmişdir. Bundan əlavə Azərbaycanda “Texnoloji Park”-ın qurulması perspektivləri də tərəflər arasında müzakirə mövzularından biri olmuşdur.  

Fotolent

Yeni xəbərlər