“Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əməkdaşları şəhidlərimizin xatirəsini yad ediblər

"Azərbaycan Sənaye Korporasiyası" ASC və törəmə cəmiyyətlərinin bir qrup əməkdaşı 27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın  xatirəsinə  ucaldılmış  Memorial  Kompleksi  ziyarət  ediblər.  Xatirə kompleksinin önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

"Azərbaycan Sənaye Korporasiyası" ASC Vətən uğrunda canından keçən bütün şəhidlərimizi  qürur və ehtiramla anır,  onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.  Azərbaycan Respublikasının ərazi bütövlüyü naminə həlak olan bütün  şəhidlərimizə  Allah  rəhmət  eləsin!

 

Fotolent

Yeni xəbərlər