“Azəralüminium” MMC Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib. 

“Səninləyəm, Türkiyəm!” kampaniyası çərçivəsində faciədən zərərçəkmiş şəxslər üçün zəruri olan elektrik avadanlıqları, o cümlədən generatorlar,  istilik radiatorları, poverbanklar, akkumulyatorlu əl fanarları, eləcə də tibbi əlcəklər, hava döşəkləri, ədyallar və digər yardım əşyaları Türkiyənin zəlzələ bölgəsinə çatdırılıb. 

“Azəralüminium” MMC-nin kollektivi  qardaş Türkiyədə baş vermiş güclü  zəlzələlər nəticəsində həyatını itirən insanların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalanların yaxın zamanda xilas olmasını diləyir. 

Fotolent

Yeni xəbərlər