"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir

    "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin rəhbər heyəti   Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində  “ASK” ASC-nin  Strateji inkişaf və kommersiya departamentinin  direktoru  Rüstəm  Əkbərli,  “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov və digər rəsmilər  “CMEC” (China Machinery Engineering Company)  şirkətinin rəhbər heyəti ilə görüşüb. Qeyd olunmalıdır ki, “CMEC” şirkəti Çin və digər ölkələrdə iri həcmli alüminium layihələrinin və sənaye istehsal sahələrinin qurulmasında çoxillik təcrübəyə malikdir.

    Görüş  zamanı “ASK” ASC-nin  nümayəndə  heyəti  “Azəralüminium” MMC tərəfindən həyata keçirilməsi planlaşdırılan strateji layihələr barədə məlumat verərək, gələcək işlərin prioritetlərini təqdim edib. “CMEC” şirkəti tərəfi isə öz növbəsində bu layihələrin planlaşdırılması, maliyyələşmənin təmin edilməsinə dəstək göstərilməsi  və gələcək işlərin icrasında maraqlı olduğunu bildirib.

    Sonda əməkdaşlıq müqaviləsinin əsas şərtləri dəqiqləşdirilərək, birgə əməkdaşlığın meyarları müəyyən edilib və tərəflərin yekun razılaşdırması üçün təqdim olunub.

Fotolent

Yeni xəbərlər