"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndələri Çin Xalq Respublikasının ən böyük şirkətlərindən biri ilə görüşüb

      "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndələrinin   Çin Xalq  Respublikasına  səfəri   çərçivəsində  keçirilən silsilə görüşlərdən biri də "Sunstone” şirkətinin  rəhbər heyəti ilə baş tutub.  "Sunstone” Çinin neft koksunun kalsinasiyası  və  anod  blokları istehsalı üzrə ixtisaslaşmış ən böyük şirkətlərindən biridir.   Görüş  Azərbaycanda anod blokları istehsalının  qurulması  üzrə “Sunstone” şirkəti ilə aparılan danışıqların və müzakirələrin daha da dəqiqləşməsi, sözügedən layihənin icrası və investisiya şərtlərinin müzakirəsi baxımından əhəmiyyətə malikdir.  Aparılan müzakirələrin nəticəsi olaraq yaranmış bir sıra texniki məqamlar Çin şirkəti tərəfindən cavablandırılıb, birgə əməkdaşlığın meyarları müəyyən edilib. Eyni zamanda danışıqların davam etdirilməsi məqsədilə növbəti ilin fevral ayında “Sunstone” şirkətinin nümayəndə heyətinin Azərbaycana səfəri razılaşdırılıb.

Fotolent

Yeni xəbərlər