06 noyabr 2024-cü il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib.
Müvafiq dövlət qurumları, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarların qatıldığı konfransda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Korporativ xidmətlər departamenitinin direktor müavini Süsən Cəfərli, eləcə də Strateji inkişaf və kommersiya departamentinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Eldarov da iştirak edib.
Tədbirdə çıxış edənlər ESG-nin əhəmiyyəti, ətraf mühitə təsiri, sosial tərəfləri, bu prinsiplərin tətbiqinin dayanıqlı və davamlı inkişafa təsiri, özəl sektor üçün faydası və bu sahədə beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, istifadəyə verilən ESG üzrə vahid platforma həm də ölkənin ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir.
Tədbir öz işini “Daha yaşıl gələcəyin qurulması: ESG platforması və prinsiplərinin effektiv həyata keçirilməsi üçün strategiyalar” mövzusunda panel müzakirələrlə davam etdirib, iştirakçıların sualları cavablandırılıb.