18 noyabr 2024-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə COP29 çərçivəsində ölkəmizdə səfərdə olan “Cathay Finance Group” holdinqin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə “ASK” ASC-nin Baş direktoru Kamran Nəbizadə və digər rəsmilər, “Cathay Finance Group” holdinqin prezidenti Chang-Ken Lee, eləcə də qurumun digər nümayəndələri iştirak edib.
Görüş zamanı “ASK” ASC-nin törəmə müəssisələrində dekarbonizasiya planları, ümumi investisiya layihələrinin həyata keçirilməsi istiqamətində həllini tapan işlər, əldə edilən nailiyyətlər barədə məlumat verilib. Tərəflər arasında birgə fəaliyyətin araşdırılması və investisiya imkanlarının dəyərləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd olunmalıdır ki, “Cathay Finance Group” holdinq bank, sığorta, investisiya üzrə fəaliyyət göstərən maliyyə qurumudur və dünyda iri layihələrin, xüsusilə bərpa olunan enerji layihələrinin maliyyələşməsində iştirak edir.
Görüş qarşılıqlı əməkdaşlıqların, iqtisadi əlaqələrin inkişafı, strateji layihələrin birgə icrası və bu yöndə əməkdaşlığın qurulması perspektivlərinə dair müzakirələr ilə davam edib.