23 oktyabr 2024-cü il tarixində Bakıda “Andritz Hydro” şirkətinin ölkəmizdəki rəsmi nümayəndəsi "HLKT Engineering and Construction MMC" şirkətinin təşkilatçılığı ilə “Su ehtiyyatlarının ekoloji normalar çərçivəsində təmizlənməsi, qorunması və onlardan səmərəli istifadə edilməsi” mövzusuna həsr edilmiş konfrans keçirilib. Tədbir "Yaşıl dünya naminə" şüarı altında insanları məlumatlandırmaq və ekoloji məsuliyyəti artırmaq məqsədi ilə təşkil olunub.
Konfransda çıxış edənlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində suyun israf edilməməsi və ekoloji normaların qorunması mövzusunun vacibliyini vurğulayıblar. Bildirilib ki, tədbir həm yerli, həm də qlobal miqyasda ekoloji davamlılığı təmin etməyə kömək baxımından əhəmiyyətə malikdir.
Beynəlxalq səviyyədə keçirilən konfransa dövlət rəsmiləri, yerli şirkətlərin rəhbərləri və müxtəlif ölkələrdən olan elm adamları qatılıb. Bu tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-ni törəmə cəmiyyəti olan “ASK Aqro” MMC-nin rəhbəri Mürşüd Kazımlı təmsil edib.