“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı “Agile Project Management” proqramında iştirak etmişdir

          “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları mütəmadi şəkildə biznes təlim və sertifikasiya proqramlarında iştirak edərək yeniliklərin, müxtəlif yanaşmaların və metodikaların araşdırılması, eləcə də tətbiqi istiqamətində addımlar atırlar.  Korporasiyanın Strateji İnkişaf və Kommersiya Departamentinin direktoru Rüstəm Əkbərli bu qəbildən olan tədbirlərin davamı olaraq Oxford Universiteti tərəfindən onlayn qaydada keçirilən “Agile Project Management” proqramında iştirak etmişdir. 17-21 oktyabr tarixlərini əhatə edən tədris prosesində  layihə idaretməsinin çevik forması olan “agile” metodikası ilə işlərin müəyyənləşməsi, təşkili və bölgüsü, vaxt qrafikinin hazırlanması, komandanın formalaşması, effektiv kommunikasiyanın qurulması və s bu kimi əsas mövzular əhatə olunmuşdur. Ənənəvi layihə idaretməsi metodikası ilə “agile” metodikası arasında əsas fərqlər və çevik yanaşmanın ortaya çıxardığı müsbət nəticələr də proqram çərçivəsində əhatə olunan mövzular arasında olmuşdur.

Fotolent

Yeni xəbərlər