“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı “SSBM Geneva” tərəfindən təşkil olunan sertifikasiya proqramını uğurla bitirib

        Rəqabətli insan kapitalının formalaşması müasir dövrün əsas tələblərindən biridir.  Bu məqsədlə bilik və bacarıqların mütəmadi şəkildə artırılması və yeni biliklərin əldə edilməsi istiqamətində “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən əməkdaşlara daim dəstək verilir. Bu qəbildən olan növbəti nailiyyət Cəmiyyətin Strateji İnkişaf və Kommersiya departamentinin  direktoru Rüstəm Əkbərlinin  “Swiss School of Business and Management Geneva” institutu tərəfindən təşkil olunan “Strategic Management Professional” sertifikasiya proqramında iştirak edərək, həmin proqramı uğurla bitirməsidir.

        Məlumat üçün bildirmək istərdik ki, “SSBM Geneva”  70-dən çox beynəlxalq və yerli şirkətə konsaltinq və tədris xidmətləri göstərir.   Qeyd olunan seritifikasiya proqramı biznes mühitinin təhlili, strategiyaların hazırlanması və tətbiqi, qlobal strategiya metodları və onların əhəmiyyəti,  krizis planlaması və bu kimi digər sahələri əhatə edir.

Fotolent

Yeni xəbərlər