“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin həyata keçirdiyi böyük həcmli layihələrin peşəkar səviyyədə icrasında növbəti əhəmiyyətli addım atılmışdır

     Rəqabətli insan kapitalının formalaşdırılması, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişaf etdirilməsi, dövlətin strateji hədəfləri sırasında mühim yer tutur. Post-neft dövründə iqtisadi-sosial inkişafın möhkəmləndirilməsi, səmərəli texnoloji həllərin öyrənilməsi, digər sahələrdə innovativ və mütərəqqi addımların atılması üçün insan kapitalının inkişafı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Gələcək illərdə artan rəqabətə davam gətirə bilmək üçün məhz rəqabətli insan kapitlalını formalaşdırmaq Milli Prioritetlərdə də  öz əksini tapmışdır.

     İnsan kapitalının həlledici rolu fonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC ölkə səviyyəsində müəyyən edilmiş prioritetləri və qurumun qarşısında olan mühüm vəzifələri nəzərə alaraq kadr potensialının inkişafı istiqamətində müəyyən addımlar atmaqdadır. Belə ki, Korporasiya yarandığı gündən etibarən kadr potensialını gücləndirmək məqsədi ilə əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində bir neçə uğurlu əməkdaşlıqlar qurmuş, təlimlər təşkil etmiş və əməkdaşlarının beynəlxalq dərəcəli sertifikasiyalarda iştirakını təmin etmişdir.

    Qeyd edilən fəaliyyətin davamı olaraq cari ildə Korporasiya dünyada maliyyə sahəsi üzrə tədris, sertifikasiya mərkəzi kimi tanınan Kanadanın “Corporate Finance İnstitute” ilə beynəlxalq səviyyəli təlim və sertifikasiya imtahanlarının təşkilinə dair müqavilə imzalamışdır. Müqaviləyə əsasən əməkdaşlar həmin qurumun hazırladığı 4 proqram - “Maliyyə Modelləşdirilməsi və Qiymətləndirmə Analizi” (Financial Modeling & Valuation Analyst (FMVA)®), “Kapital Bazarları və Qiymətli Kağızların Analizi” (Capital Markets & Securities Analyst (CMSA)®), “Biznes Təfəkkürü və Data Analiz” (Business Intelligence & Data Analyst (BIDA)™), “Kommersiya Bankçılığı və Kredit Analitiki” (Commercial Banking & Credit Analyst (CBCA)™) üzrə təlimlərə qoşulmuş və təlimlərin yekunu olaraq sertifikasiya imtahanlarına hazırlığa başlamışdır.

    “Azərbaycan Sənaye Korporasiyası” ASC və törəmə müəssisələrin bir neçə əməkdaşı qeyd olunan təlim və sertifikasiya proqramlarının əsas istiqamətlərindən biri olan “Maliyyə Modelləşdirilməsi və Qiymətləndirmə Analizi” (Financial Modeling & Valuation Analyst (FMVA)®) proqramı üzrə sertifikasiya imtahanında iştirak etmiş və imtahanda uğurlu nəticə göstərərək sertifikatlara yiyələnmişdir.

     Qeyd olunan təlim və sertifikasiya üzrə əldə olunan biliklər Korporasiyanın həyata keçirdiyi böyük həcmli layihələrin peşəkar səviyyədə icrası, maliyyə modellerinin hazırlanması və praktiki tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir.

Fotolent

Yeni xəbərlər