İnvestisiya planı üzrə zavodun hazır məhsul anbarının tikinti işləri ilə bağlı təhlillər aparılır. Birinci sobanın ikinci xəttinin işə salınması ilə bağlı “ALL GLass” və “BDF İndustries” şirkətləri ilə görüşlər keçirilib. Ehtiyac olunan avadanlıqların siyahısı müəyyən edilib və xəttin işə salınması üzərindən işlər görülür. İkinci xəttin işə salınması ilə zavodun 90-95 % KPİ ilə işləməsi proqnozlaşdırılır, bu da öz növbəsində hazır məhsulun maya dəyərinin aşağı salınması deməkdir. Zavodda rəngli sobanın tikintisi layihəsinə start verilib. Hal-hazırda bir neçə soba tikintisi ilə məşğul olan beynəlxalq şirkətlər ilə danışılıqlar aparılır.