“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rezidenti ölkədaxili və beynəlxalq miqyasda uğurlara imza atır

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rezidenti olan “Azirrigation” startap komandası qısa müddət ərzində uğurlar qazanıb.

Sözügedən komanda cari ilin mart ayında ölkənin bir sıra rayonlarında ağıllı suvarma texnologiyasını tətbiq edib. Bu ağıllı suvarma texnologiyası “Azirrigation” MMC tərəfindən innovativ metodlarla inkişaf etdirilərək, artıq bir neçə sahədə tətbiq olunmaqdadır.

“Azirrigation” startapı dünyanın ən böyük robotexnika festivallarından olan “Robotex İnternational”-ın Türkiyədə keçirilən yarımfinal mərhələsində 2-ci yeri qazanaraq, final mərhələsinə vəsiqə əldə edib. Komanda Estoniyada keçiriləcək dünya finalında 22 ölkədən olan startapçı ilə yarışacaq.

5-8 May 2024-cü il tarixlərində Botsvana Respublikasının paytaxtı Qabarone şəhərində keçirilmiş “Forbes under 30” sammitində iştirak edən “Azirrigation” startapının həmtəsisçiləri bu tədbirdə ölkəmizi uğurla təmsil ediblər. Sözügedən sammitdə iştirak etmək imkanı komanda üzvlərinə qazandıqları nailiyyətləri və innovativ həlləri beynəlxalq arenada nümayiş etməklə yanaşı, qlobal bazarda yeni tərəfdaşlıqlar və investorlarla əlaqələr qurmaq üçün zəmin yaradıb.

Hazırda “Azirrigation” komandası uğurlu fəaliyyətini davam etdirməkdədir.

Trend

Fotolent

Yeni xəbərlər