Azərbaycan və Türkiyə amputant futbolçuları arasında qardaşlıq oyunu keçirilib

03 iyun 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan və Türkiyə amputant futbolçuları arasında qardaşlıq oyunu keçirilib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Əmlak” MMC-nin dəstəyi ilə keçirilən  görüş “ASK Arena”-da baş tutub və  2:2 hesabı ilə nəticələnib. Tədbirdə Milli Məclis Sədrinin müavini Adil Əliyev, Gənclər və İdman Nazirliyi, eləcə də  ANAMA-nın rəsmisi, AFFA-nın baş katibi Sərxan Hacıyev, həmçinin Vətən qaziləri, ölkənin media və idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər iştirak ediblər.  

Fotolent

Yeni xəbərlər