“Azərpambıq ASK” MMC və “Azəripək” MMC Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") keçirilib.

Sərgilərin rəsmi dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasıdır (ASTA).

Ümumilikdə 31 ölkədən 479 şirkətin iştirak etdiyi sərgilərdə Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan kimi ölkələrin nümayəndələri təmsil olunub. Kənd təsərrüfatı sənayesinin aparıcı şirkətlərini,  həmçinin idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələrini bir araya toplayan "Caspian Agro" sərgisində “Azərbaycan Sənaye Korporasiyası” ASC törəmə cəmiyyətləri olan “Azərpambıq ASK” MMC və “Azəripək” MMC-nin stendləri  ilə təmsil olunub. Hər iki cəmiyyət tərəfindən nümayiş olunan stendlər iştirakçı və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Korporasiyanın nümayəndələri  iştirakçı şirkətlər ilə gələcək əməkdaşlıqların qurulması,  yeni işgüzar əlaqələrin yaranması ilə bağlı görüşlərdə iştirak edib və birgə müzakirələr aparıblar.

Fotolent

Yeni xəbərlər