“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib

Xalqımızın zəngin milli-mədəni irsinin rəmzlərindən sayılan Novruz bayramı münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən növbəti xeyriyyə aksiyası keçirilib. Cəmiyyətin əməkdaşları Talassemiya Mərkəzində müalicə alan uşaqlara baş çəkərək, onlara bayram hədiyyələri təqdim ediblər. Aksiya ölkəmizdə bu sahə ilə bağlı görülən tədbirlərin, talassemiyalı xəstələrə olan  dövlət qayğısının davamı olaraq təşkil olunub və bu xəstəlikdən əziyyət çəkən uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onları sevindirmək, diqqət və nəvaziş göstərmək baxımından əhəmiyyətə malikdir.    

Fotolent

Yeni xəbərlər