“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları beynəlxalq səviyyədə tanınan sertifikatlara layiq görülmüşlər

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin əməkdaşları  Rauf  Rzayev və Sübhan Mehdizadə müvafiq olaraq “ACCA Financial Reporting (FR)” və “Financial Management (FM)” sertifikasiya imtahanlarından uğurla keçərək, beynəlxalq səviyyədə tanınan sertifikatlara layiq görülmüşlər.

“Financial Reporting” müəssisələrin maliyyə hesabatlarının hazırlanmasında mühasibat uçotu standartlarını, eləcə də nəzəri bazanı başa düşmək, tətbiq etmək, bu maliyyə hesabatlarını  təhlil  və  şərh etmək  üçün  lazımı  bilik  və  bacarıqları  əhatə  edən  maliyyə proqramıdır.

“Financial Management” investisiya, maliyyə, dividend siyasəti qərarları ilə bağlı maliyyə analizlərinin aparılması və yekun qərarın verilməsi üçün tələb olunan bilik və bacarıqları əhatə edən maliyyə proqramıdır.

Fotolent

Yeni xəbərlər