“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya Departamentinin müavini Rüstəm Əkbərli Amerika Birləşmiş Ştatlarında yerləşən “Beynəlxalq Satınalmalar və Təchizat Zəncirinin İdarəedilməsi” İnstitutunun imtahanından uğurla keçərək bu sahədə beynəlxalq dərəcədə tanınan “Certified International Supply Chain Professional” statusunu əldə edib.
Qeyd etmək lazımdır ki, “Beynəlxalq Satınalmalar və Təchizat Zəncirinin İdarəedilməsi” İnstitutu “Amerika Satınalmalar Cəmiyyəti” ilə yanaşı dünyanın bu sahədə fəaliyyət göstərən 30 dan çox təşkilatı ilə əməkdaşlıq edir və bu da sertifikasiya proqramının daha əhatəli və praktiki olmasına imkan yaradır. Sertifikasiya 10 moduldan ibarətdir ki, bunlara satınalmaların planlanması və nəzarəti, proqnozlaşdırma və analiz metodları, təchizatın və sifarişlərin səmərəli şəkildə təşkil olunması, eyni zamanda satınalma prosesində müasir IT həllərin tətbiqi kimi modullar daxildir.