Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə “Müasir mədəni brendinq: kəlağayı sənəti” adlı videokonfrans keçirilib.
Konfransda tədbirin həmtəşkilatçısı "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin Marketinq və Biznesin İnkişafı üzrə şöbə müdiri Elvira Məmmədova da iştirak edib. “Azəripək” MMC-nin nümayəndəsi müəssisənin istehsalı olan kəlağayı və digər ipək məhsullarının "Made in Azerbaijan” brendi adı altında dünya bazarında tanınması, milli-mədəni brendlərin yaradılması prosesi və onun idarə olunması mövzusunda fikir və təkliflərini irəli sürüb. Konfransda mədəni marketinq, təbliğat strategiyaları, müasir mədəni xidmətlər və digər mövzular ətrafında da müzakirələr aparılıb.