“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları ISO 37001 standartı üzrə sertifikat alıblar

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nın icrası ilə bağlı  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  aparatında və törəmə cəmiyyətlərində bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması,  məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Bu yöndə görülən tədbirlərin davamı olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Korporativ xidmətlər departamentinin direktoru  Azad Aslanov və Hüquq departamentinin direktoru Toğrul Quluzadə ISO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə standartın icmalı və daxili auditor kursunda iştirak edərək müvəffəqiyyət sertifikatı alıblar.

ISO 37001 standartı korrupsiya əleyhinə idarəetmə sisteminin yaradılması,  tətbiqi, istismarı, işin təhlili və təkmilləşdirilməsi üçün tələbləri  müəyyənləşdirərək, onlara rəhbərlik edir.

ISO 37001:2016 standartı üzrə kurs  ümumilikdə, antikorrupsiya idarəetmə sistemləri və ISO 37001:2016 standartı ilə tanışlıq, antikorrupsiya  idarəetmə  sisteminin əsas prinsipləri, həmçinin  ISO 37001 standartına, onun strukturuna və bölmələrinə ümumi baxış kimi mövzuları əhatə edib.

Fotolent

Yeni xəbərlər