"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əməkdaşı dünyanın ən böyük IoT konfransında iştirak etmişdir.

31 yanvar - 1 fevral 2019-cu il tarixlərində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İnformasiya Texnologiyaları şöbəsinin Baş mütəxəssisi Bəhruz İbrahimov Niderland Krallığının paytaxtı Amsterdam şəhərində keçirilən və dünyanın ən böyük IoT konfransı olan “The Things Conferance”- da iştirak etmişdir.

Dünyanın 55 ölkəsindən 800 iştirakçının qatıldığı konfransda son 1 il ərzində “Lora Alliance” üzvü olan 500-dən artıq tərəfdaşların ən son texnoloji yenilikləri nümayiş etdirilmişdir.

Qeyd edək ki, əşyaların interneti hal-hazırda dünyanın texnoloji yenilikləri arasında ən böyük trenddir. IoT-nin tətbiqi həyatımızın bütün sahələrində istifadə olunan cihazları ağıllı idarə etməyə imkan yaradır. “Azərbaycan Sənaye Korporasiyası” ASC olaraq, konfransda iştirak etməkdə məqsəd bu texnoloji yenilikləri öyrənmək, onlarla tanış olmaq və bu imkanları istifadə etməklə Korporasiyanın müvafiq müəssisələrində “Ağıllı kənd təsərrüfatı” və “Sənaye 4.0” standartlarına uyğun istehsalı təşkil etməkdir. Qeyd etmək lazımdır ki, “LoraWan”  şəbəkəsinin ölkəmizdə tətbiqi, onlarla yeni texnoloji startupların yaradılmasını stimullaşdıracaqdır. 

Fotolent

Yeni xəbərlər