“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı beynəlxalq təlimdə iştirak edib

“Paşa həyat sığorta” ASC tərəfindən Türkiyənin  Antalya şəhərində “Gələcəyin HR-ı:” İnsan resursları və kadrların idarə edilməsində dünya praktikası və innovativ metodlar”  mövzusunda təlim keçirilib.

Təlimdə respublikamızda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatların insan resurslarının idarə edilməsi sahəsində çalışan rəhbər işçi  və mütəxəssisləri təmsil olunub. “Azərbaycan Sənaye Korporasiyası” ASC, o cümlədən törəmə müəssisələrdə  insan resurslarının idarə edilməsinin daha da təkmilləşdirilməsində  əhəmiyyətli olan bu təlimdə Korporasiyanın Korporativ xidmətlər departamentinin İnsan resursları və təlim şöbəsinin müdiri  Gülmirə Salmanova da iştirak edərək, sertifikatla təltif edilib.

Təlim zamanı müasir dövrdə insan resurslarının idarə edilməsində qarşıya çıxan problemlər araşdırılıb, həmçinin qeyd olunan neqativ halların aradan qaldırılması və bu sahədə yeni, müasir metodların ölkəmizdə tətbiqinin təşkili ilə əlaqədar praktiki məşğələlər keçirilib. Həmçinin təlim zamanı beynəlxalq təcrübədə tətbiq edilən innovativ metodların təlim iştirakçılarının nəzərinə çatdırılması, optimal və effektiv insan resurslarının idarə edilməsi sisteminin qurulması və inkişaf etdirilməsi üçün praktiki bilik və vərdişlərin aşılanması, bu sahədə qanunvericiliyin tələblərinin şərhi və təcrübədə istifadə edilən metodologiyaların öyrədilməsi mövzusunda da məşğələlər keçirilib.  

Fotolent

Yeni xəbərlər