“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları beynəlxalq dərəcəli sertifikata layiq görülüb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin  direktor müavini Rüstəm Əkbərli Amerika Birləşmiş Ştatlarında yerləşən və layihələr üzrə beynəlxalq standartların hazırlanmasında ən böyük və nüfuzlu  qurum olan “Layihə İdarəetmə İnstitutu” (Project Management Institute) tərəfindən təşkil olunan  “Layihələrin idarə edilməsi” (PMP) imtahanından keçərək, qlobal səviyyədə tanınan “Layihələrin  İdarə edilməsi   üzrə mütəxəssis” statusu və həmin statusu təsdiqləyən sertifikata layiq görülüb.
Qeyd olunan sertifikat layihələrin məqsədinin müəyyənləşdirilməsi, biznes təhlillərin aparılması, layihə xərclərinin idarə olunması, resursların effektli şəkildə cəlb edilməsi və bölüşdürülməsi, iş qrafikinin düzgün formada təşkili, maraqlı tərəflər ilə uyğun şəkildə kommunikasiya qurulması və onların layihədə inkişaf aktivlərinin artırılması baxımından əhəmiyyət daşıyır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin  digər  əməkdaşı  Nicat Kamilli isə Beynəlxalq Maliyyə Hesabatlarının Standartları üzrə sertifikasiya prosesindən uğurla keçərək, ACCA F7 (FR) sertifikatına layiq görülüb. Bu sertifikat layihələrin maliyyə modellərinin qurulmasında beynəlxalq standartların tətbiqi və hazırlanmış  biznes  planlarında standartlar üzrə təhlillərin aparıılmasında  xüsusi əhəmiyyətə malikdir.

Fotolent

Yeni xəbərlər