“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqində növbəti uğuru

Beynəlxalq standartlara cavab verən maliyyə idarəetməsinin tətbiqi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin inkişaf strategiyasına daxil olan hədəflərdəndir. Bu məqsəd ilə Azərbaycan Bank Tədris Mərkəzində ACCA (Association of Chartered Certified Accountants)-nın beynəlxalq dərəcəli tam hüquqlu üzvü olan Əli Dadaşzadə tərəfindən Korporasiyanın maliyyə əməkdaşları üçün təlim keçirilmişdir. Təlimdə Korporasiya və onun törəmə müəssisələrinin maliyyə-mühasibat strukturlarında çalışan 20-yə yaxın əməkdaş iştirak etmişdir. Sonda Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə nəzərdə tutulan  testdən uğurla keçən iştirakçılar sertifikatla təltif edilmişdir.

Fotolent

Yeni xəbərlər