“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları beynəlxalq sertifikasiya təlimində iştirak ediblər

Respublikamızda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkə rəhbərliyinin  həyata keçirdiyi  islahatların davamı olaraq  “Azərbaycan Sənaye Korporasiyası”  ASC tərəfindən bu istiqamətdə mühüm strateji hədəflər müəyyən edilib. Bu hədəflər üzrə ölkədə  rəqabət  qabiliyyətli və elm tutumlu məhsulların istehsalının təmin edilməsi,  istehsalın innovativ yönümlü qurulması üçün çoxsaylı biznes və investisiya layihələri icra olunmaqdadır. Layihələrin təyin edilmiş hədəflərə uyğun icra olunması üçün beynəlxalq standartların və yanaşmaların tətbiqi mühüm rol oynayır. Buna müvafiq olaraq Korporasiya işçi  heyətinin peşəkarlığının artırılması və beynəlxalq təcrübələrin öyrənilərək  tətbiq  olunmasını  daim  diqqət mərkəzində saxlayır.

Bu məqsəd  ilə  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin əməkdaşları  Tale Həsənov və Rüstəm  Əkbərli  layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikasiya təlimində iştirak edib. Təlim ABŞ-ın “Layihələrin İdarə Edilməsi İnstitutunun” (Project Management Institute - PMI) akkreditasiya edilmiş rəsmi təlim mərkəzi olan “GRBS Global” da keçirilib. Təlimi uğurla bitirən əməkdaşlar sertifikatla təltif olunublar.

Bu qəbildən olan layihələrin həyata keçirilməsi ölkədə biznes mühitinin yaxşılaşdırılması və  ixrac fəaliyyətinin genişləndirilməsinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Fotolent

Yeni xəbərlər