“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “İşə qəbul və təlim” şöbəsinin müdiri Gülmirə Salmanova ISO 45001:2018 ( Əməyin Mühafizəsi və Texniki Təhlükəsizliyi İdarəetmə Sistemi ) üzrə Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlimdə iştirak edərək, sertifikatla təltif olunmuşdur.
ISO / DIS 45001 dünyanın ilk “İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemləri” (OH(Occupational Health)) & S(Safety Management Systems)) standartı, Beynəlxalq dərəcəyə malik minlərlə müəssisənin işçi və digər insanları etibarlı, sağlam bir iş yeri ilə təmin etmək, o cümlədən ölüm halları, işlə əlaqədar qəzaların qarşısını almaq, sağlamlığa zərər vermək və “İş Sağlamlığı və Təhlükəsizliyi” (OH&S) performansını davamlı inkişaf etdirmək kimi vəzifələr daşıyır. “İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi”nin yaradılması və tətbiqi müəssisələr üçün çox önəmlidir.