“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin Maliyyə hesabatları şöbəsinin müdiri Tale Həsənov “Layihələrin İdarə Edilməsi” (PMP) sertifikasiya imtahanından uğurla keçərək, qlobal səviyyədə tanınan “Layihələrin İdarəedilməsi Mütəxəssisi” statusuna və həmin statusu təsdiqləyən sertifikata layiq görülüb. Sertifikasiya imtahanı Amerika Birləşmiş Ştatlarında yerləşən və layihələrin idarə edilməsi üzrə beynəlxalq standartların hazırlanmasında ən böyük və nüfuzlu qurum olan “Layihə İdarəetmə İnstitutu” (Project Management Institute) tərəfindən təşkil olunub.
Qeyd olunan sertifikat üzrə əldə olunan biliklər layihələrin peşəkar səviyyədə və beynəlxalq təcrübəyə əsasən idarə edilməsi, layihənin təşkilatın məqsədlərinə və hədəflərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də biznes təhlillərin aparılması, layihənin maliyyə idarəetməsinin təşkili, resursların effektli şəkildə istifadəsi, layihə müddətində yaranmış risklərin idarə edilməsi, həmçinin layihənin maraqlı tərəflərinin gözləntilərinə uyğun idarə edilməsi, maraqlı tərəflə kommunikasiyanın qurulması və layihə nəticəsində yaranmış dəyərlərin biznes proseslərə transfer edilməsi baxımından əhəmiyyət daşıyır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə Departamentinin digər əməkdaşı Aynur Kərimova isə Beynəlxalq Maliyyə Hesabatlarının Standartları üzrə sertifikasiya prosesindən uğurla keçərək, ACCA F7 (FR) sertifikatına layiq görülüb. Bu sertifikat maliyyə hesabatlarının hazırlanması və hazırlanmış hesabatlarda standartlar üzrə təhlillərin aparılmasında xüsusi əhəmiyyətə malikdir.