“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları Ədliyyə Akademiyasının təşkilatçılığı ilə keçirilən tədris kursunu müvəffəqiyyətlə bitiriblər

    Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar dövründə yeni hüquqi tənzimləməni təmin edən normayaratma prosesinin əhəmiyyətinin artması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə 10 noyabr 2022-ci il – 3 mart 2023-cü il tarixlərində “Qanunvericilik texnikası” tədris kursu keçirilmişdir.

      Dövlət orqanlarının (qurumları) norma yaradıcılığı fəaliyyəti ilə məşğul olan hüquqşünasları üçün təşkil olunan “Qanunvericilik (normativ-hüquqi aktların şərhi) texnikası” tədris kursuna “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamenti direktorunun müavini Emin Qocayev, Qeydiyyat və məhkəmələrlə iş şöbəsinin müdiri Tural Hacıbəyli cəlb edilmiş və həmin kursu müvəffəqiyyətlə bitirmişdirlər.

     Bu münasibətlə 10 aprel 2023-cü il tarixində Ədliyyə Akademiyasında təşkil olunan rəsmi tədbirdə Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev tərəfindən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşlarına şəhadətnamələr təqdim edilmişdir.

Fotolent

Yeni xəbərlər