“Azərtütün ASK” MMC tərəfindən bu günədək şimal-qərb rayonlarında 714 hektar sahədə tütün əkilib

“Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında bu günədək 714 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb. Bağlanmış müqaviləyə əsasən, cari təsərrüfat ilində cəmiyyət tərəfindən bu rayonlarda 878 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən ümumi sahəsi 24 min 116 kvadratmetr olan sadə istixanalar hazırlanıb. Tütün əkilməsi üçün indiyədək 909 hektar sahədə birinci şum aparılıb, 839,5 hektar sahəyə mala çəkilib və şırım açılıb.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər