Azərbaycan bərpa olunan enerji, hasilat və alüminium istehsalı sahəsində “Trafigura Pte Ltd” şirkətinin təcrübəsini tətbiq etmək niyyətindədir

Sinqapurun “Trafigura Pte Ltd” şirkəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi əməkdaşlıqla bağlı razılığa gəlib.

“Trafigura Pte Ltd” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəfin sentyabrın 20-də Bakıda “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə görüşü zamanı imzalanıb”, - deyə Energetika Nazirliyindən bildirilib.

Görüşdə “Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpa olunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Trafigura Pte Ltd” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb.

“Sənədlərdə bərpa olunan və “yaşıl” enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.

Sinqapurun “Trafigura Pte Ltd” şirkəti energetika, xammal və əlvan metal ticarəti ilə məşğul olan qlobal miqyaslı şirkətlərdən biridir. İllik dövriyyəsi $300 milyarddan çox olan şirkət dünyanın bir sıra ölkələrində 60-dan çox ofisə malikdir.

İnterfax

Fotolent

Yeni Xəbərlər