Azərbaycanda ən böyük ixrac şirkətləri - SİYAHI

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın may sayını təqdim edib. 

Marja xəbər verir ki, “İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-aprel aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Best Logistik” MMC, “Khan-El” MMC. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunur: ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “Azəripək” MMC.

Marja

Fotolent

Yeni Xəbərlər