Bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.
“TALKO” ASC ilə “Azəralüminium” ASC arasında Anlaşma Memorandumu imzalanıb.
Tacikistan hökumti yanında İxrac Agentliyi olan “Tajaqropromeksport” Dövlət Unitar Müəssisəsi və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
“Lesinvest” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıq yağının satışı və tekstil istehsalı sahəsində təcrübə mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
“Vodii Zarrin Aqrar Alyansı” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, xam pambıq emalı və tekstil istehsalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
“Marmari” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, o cümlədən pambıq toxumlarının emalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
“SIR-DARYO” MMC (Tacikistan) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında ixrac-idxal əməliyyatları sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Bundan əlavə, “Bolluq” (Tacikistan) və “Qanç 2000” (Azərbaycan) şirkətləri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında Saziş imzalanıb.
Tacikistanın "OBI - FAYZOBOD" şirkəti ilə Azərbaycanın “Universal Trade” şirkəti arasında konsiqnasiya müqaviləsi imzalanıb.