Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə 10 may - ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Bakı-Salyan şossesinin 23-cü kilometrliyində ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, Ulu öndərin doğum gününə həsr olunmuş aksiyada “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə, digər vəzifəli şəxslər və Korporasiyanın törəmə müəssisələrinin kollektivləri də iştirak edib.

Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi işində ictimai nəzarətin gücləndirilməsi və yaşıllıqların qorunması milli inkişaf strategiyasının prioritet sahələrindən birinə çevrilmişdir.

Ulu öndərin əbədi xatirəsinə həsr olunmuş bu aksiya çərçivəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC və törəmə müəssisələrin kollektivləri tərəfindən ümumən 1000 ədəd ağac əkilib. Bakı-Salyan şossesinin 23-cü kilometrliyində 500 ədəd və Gəncə Alüminium Kompleksinin ərazisində 500 ədəd olmaqla əkilən bu ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin təbliği baxımından əhəmiyyət daşıyır.

Trend

Fotolent

Yeni Xəbərlər