Ağdamda bu günədək pambıq əkinləri üçün 1965 hektar sahədə qış şumu aparılıb

Ağdam rayonunun pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək 1965 hektar sahədə qış şumu aparılıb. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC ilə 2138 hektar sahədə pambıq əkilməsi üçün 855 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.

Qeyd edək ki, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib, 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner olub.

AZƏRTAC

Yeni Xəbərlər