Beyləqan rayonunun pambıqçıları cari ilin çiyid səpininə hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək 7414,52 hektar sahədə qış şumu aparılıb. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC ilə 7854,91 hektar sahədə pambıq əkilməsi üçün 1602 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
Qeyd edək ki, 2020-ci ildə Beyləqan rayonunda 8743,7 hektar sahədə pambıq əkilib, 31049,4 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,51 sentner olub.