Ağcabədidə bu günədək pambıq əkinləri üçün 6864,5 hektar sahədə qış şumu aparılıb

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq əkilib, 37 min 992,1 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,54 sentner olub. Əvvəlki illə müqayisədə pambıq istehsalı 5893,1 ton, hektarın orta məhsuldarlığı isə 4,84 sentner çoxdur.

Ağcabədili fermerlər 2021-ci təsərrüfat ilinə daha əzmlə başlayıblar. İndiyədək 6864,5 hektar sahədə qış şumu aparılıb. Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC ilə 8571,8 hektar sahədə pambıq əkilməsi üçün 1539 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.

Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.

AZƏRTAC

Yeni Xəbərlər