Ağdam pambıqçıları 7 min tondan çox məhsul yığıblar

Ağdam rayonunun ərazisi builki pambıq yığımı mövsümündə Ermənistan silahlı birləşmələrinin artilleriya atəşinə məruz qalıb. Rayonun yaşayış məntəqələrinin, aqrar infrastrukturun, əkin sahələrinin mütəmadi olaraq atəşə tutması nəticəsində strateji məhsulun yığımının həyata keçirilməsi çətinləşib və ləngiyib. Lakin buna baxmayaraq, ağdamlı fermerlər hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 500 hektarı “Azərpambıq” MMC, 970 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 650 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 2120 hektar sahədə pambıq becərilib. Rayonun fermerləri tarlalardan 7081,43 ton məhsul toplayıblar. Hər hektardan məhsuldarlıq 33,4 sentner təşkil edir.

AZƏRTAC

Yeni Xəbərlər