Beyləqan pambıqçıları bu günədək 31 min tondan çox məhsul tədarük ediblər

Beyləqan rayonunun pambıqçıları tarlalardan 31 min 21,09 ton məhsul toplayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Beyləqan rayonunda 3200 hektarı “Azərpambıq” MMC, 4723,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib.

Bu mövsüm 26 min tondan çox pambıq yığmağı hədəfləyən Beyləqan pambıqçıları nəzərdə tutulandan çox məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 35,47 sentnerdir. Fermerlər mühüm strateji məhsulu son qozasınadək yığılması üçün səylə çalışırlar.

AZƏRTAC

Yeni Xəbərlər