Füzuli rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Füzuli rayonunda 170 hektarı “Azərpambıq” MMC, 500 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 670 hektar sahədə pambıq becərilib. Füzulili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. İndiyədək tarlalardan 1789,19 “ağ qızıl” toplanıb. Hər hektarın məhsuldarlığı 26,7 sentner təşkil edir.